Azərbaycan Kubokunun 2025/26 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.

Futbolinfo.az xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.

Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda – bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.

Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.

Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.

Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.

Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.

mövsümoyuntamaşaçıorta
2008/0933392501189
2009/1037723001954
2010/1127909503369
2011/1226*411001581
2012/1326559502152
2013/1425680502722
2014/1523**223501016
2015/1624542462260
2016/1723397001726
2017/1823254561107
2018/1917214001259
2019/20126130511
2020/2117
2021/221716880993
2022/2319319801683
2023/243933842868
2024/253933793866
2025/2638418951102
4656952721555

* – yarımçıq dayandırılan “İnter” – “Turan” oyunu və tamaşaçı sayı nəzərə alınıb.

** – Baş tutmayan “Xəzər Lənkəran” – “Araz-Naxçıvan” matçı, həmçinin tamaşaçısız keçirilən mövsümün görüşləri oyun sayında nəzərə alınıb, orta göstəricilərdə hesablanmayıb.

Shares: