MBA-da pley-off seriyasının 2-ci raundunun oyunları davam edir.

Filadelfiyada keçirilən 4-cü oyundan sonra bir finalçı müəyyənləşib. “Nyu-York Niks” seriyanın 4-cü oyununda da qələbə qazanıb – 114:144. Bununla da, ümumi hesab 4:0 olub.

Mayzl Maykbrad 25 xalla görüşün ən məhsuldarı olub. Komanda yoldaşı Ceylen Branson bu dəfə 22 xal toplayıb. “Siksers”in heyətində isə Coel Embiid 24 xal yığıb. Komanda yoldaşı Tayriz Maksinin aktivində isə yalnız 17 xal var.

Konfrans finalına yüksələn “Niks”in rəqibi “Kavalers” və “Pistons” cütünün qalibi olacaq.

Gecənin digər oyunu çox gərgin alınıb. Minnesotada keçirilən 4-cü oyunda “Timbervulvs” “San Antonio Spörs”ə qalib gələrək ümumi hesabı bərabərləşdirib – 114:109. Entoni Edvards 36 xalla qələbəyə mühüm payn verib. Qonaqlarda Dearon Foks 24 xal toplayıb. “Spörs”ün ulduzu Viktor Vembanyama rəqibə dirsəklə zərbə endirdiyinə görə oyundan qovulub.

Shares: