Fransa Liqa 1-də 33-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, əksər oyunlar bu gün baş tutub.

Lider PSJ “Brest”i, “Oser” “Nitsa”nı, “Renn” “Paris”i, “Tuluza” Lion “Olimpik”ini məğlub edib. “Havr” evdə Marsel “Olimpik”inə, “Mets” “Loryan”a, “Monako” isə “Lill”ə uduzub.

Hazırda 73 xala malik PSJ vahid liderdir. “Lans” 67, “Lill” 61, Lion “Olimpik”i 60, “Renn” 59, Marsel “Olimpik”i 56, “Monako” 54 xal toplayıb.

Fransa Liqa 1
33-cü tur

8 may

Lans – Nant 1:0
Qol: M.Soares, 79.

10 may

Anje – Strasburq 1:1
Qollar: Koyalipu, 70 – Enkiso, 45+3-pen.

Oser – Nitsa 2:1
Qollar: Mara, 27. Sinayoko, 70 – Diop, 9.

Havr – Olimpik (Marsel) 0:1
Qol: Qrinvud, 55-pen.

Mets – Loryan 0:4
Qollar: Makenqo, 24. Dienq, 84. Avom, 90+7. Şadyu, 90+8.

Monako – Lill 0:1
Qol: Zakariya, 72-öz qapısına.

PSJ – Brest 1:0
Qol: Due, 82.

Renn – Paris 2:1
Qollar: Lepaul, 74. Embolo, 75 – Gebbels, 53.

Tuluza – Olimpik (Lion) 2:1
Qollar: Metalye, 10. Kamanzi, 78 – Tolisso, 71.

Shares: