Gürcüstanın Kutaisi şəhərində 19 yaşadək boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi yarışda 12 medal qazanıb.
Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Banuçiçək Nəsirli (48 kq), Aylin Nəzərova (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+90 kq) qızıl medala sahib olublar. Yalnız finalda uduzan Zəhra Məmmədova (54 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) ikinci yeri tutublar.
Digər boksçularımızdan Əli Əliyev (50 kq), Vüsal Xəlilov (65 kq), Nicat İmanov (80 kq), Heydər Əzməmmədov (85 kq) və Məhəmməd Cəfərov (+90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, 4 qızıl, 3 gümüş və 5 bürünc mükafat qazanan Azərbaycan millisi 11 ölkə arasında komanda hesabında ikinci yeri tutub.






