Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son günün ilk oyunu Tovuzda keçirilib.

“Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb. Oyunu Əkbər Əhmədov idarə edib. Tovuz təmsilçisi qələbə sayəsində çempionatın bürünc medallarını və Avropa Konfrans Liqasına vəsiqəni təmin edib. “Karvan-Yevlax”ın da Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Turun son oyunu “Neftçi” ilə “Şamaxı” arasında olacaq.

Daha öncə keçirilən “İmişli” – “Zirə” (0:0) və “Qəbələ” – “Qarabağ” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Sabah” “Kəpəz”ə (0:1) uduzub, “Sumqayıt” “Araz-Naxçıvan”a (2:1) qalib gəlib.

Misli Premyer Liqası
31-ci tur

10 may

“Turan Tovuz” – “Karvan-Yevlax” 1:0
Qol: Ayxan Hüseynov, 45+1.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
Tovuz şəhər stadionu, 17:00.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

Shares: