Bir neçə MBA klubu “Fənərbağça”nın forvardı Tarık Biberoviçin transfer hüquqlarını əldə etməkdə maraqlıdır. Türkiyə millisinin üzvünün tam hüquqları “Memfis” klubuna məxsusdur.
İnsayder Ceyk Fişerin verdiyi məlumata görə, bir sıra komandalar Avroliqanın ən perspektivli snayperlərindən biri hesab olunan 25 yaşlı oyunçunun hüquqlarının mübadiləsi imkanlarını nəzərdən keçirir.
Biberoviç “Fənərbağça”da çıxış edir. Avroliqanın cari mövsümündə onun göstəriciləri orta hesabla 11,3 xal, 3 ribaund və 1,3 məhsuldar ötürmə təşkil edib. O, iki xallıq atışlarda 52,4%, üç xallıqlarda 41,9% və cərimə atışlarında 95,2% dəqiqlik nümayiş etdirib.
Xatırladaq ki, “Qrizzlis” oyunçunu 2023-cü ilin draftında 56-cı nömrə altında seçmişdi.






