“Mançester Siti” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun transferi üzərində işləri davam etdirir. Jurnalist Nikolo Skiranın verdiyi məlumata görə, İngiltərə klubu yaxın vaxtlarda sövdələşməni başa çatdırmağı hədəfləyərək 135-140 milyon avro məbləğində yeni təklif hazırlayır.

Daha əvvəl “şəhərlilər” 23 yaşlı yarımmüdafiəçi üçün bonuslar da daxil olmaqla 106 milyon funt-sterlinq təklif etmişdilər. Bu, klubun tarixindəki ən böyük alış ola bilər.

Bildirilir ki, “Mançester Siti” Anderson ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Futbolçunun özü də bu keçiddə maraqlıdır və ən qısa zamanda komandaya qoşulmağı planlaşdırır.

2025/2026-cı illər mövsümündə Anderson bütün turnirlərdə 50 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Shares: