Əlcəzair millisinin futbolçuları dünya çempionatında İordaniya ilə oyunda qələbəyə layiq idi.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir Petkoviç matçdan sonra açıqlama verib.

O, J qrupunun 2-ci turunun qarşılaşması haqqında fikirlərini bölüşüb:

“Futbolçular sərgilədikləri oyuna görə qələbəyə layiq idi. Matça nəzarət tam bizdə idi. Çoxsaylı qol imkanları yaratdıq. Düşünürəm ki, görüşün nəticəsi də ədalətli oldu”.

Petkoviç ikinci hissədə əvəzetmələrin komandaya xeyir verdiyini söyləyib:

“Beləliklə, təzyiqi artıra bildik və istədiyimiz nəticəyə nail olduq. Hələlik növbəti mərhələyə vəsiqə qazanmamışıq. Komanda Avstriya ilə həlledici oyuna çıxacaq. Hər şey oyunçuların öz əlindədir”.

Xatırladaq ki, Əlcəzair İordaniyanı 2:1 hesabı ilə məğlub edib.

Shares: