“Araz-Naxçıvan”dan ayrılan Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov Premyer Liqaya yeni vəsiqə qazanan “Şəfa”ya keçə bilərmiş.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu təcrübəli oyunçuya təklif göndərib. Onlar müdafiəçiyə illik 12 min dollar maaşla müqavilə bağlamağı təklif ediblər. Lakin Rahil daha yüksək məbləğ istəyib.

Rahilə təklif göndərən isə komandanın yeni vitse-prezidenti Əfran İsmayılov olub. O, Məmmədovla yaxşı münasibətindən istifadə edərək kluba gətirmək istəyib. Müdafiəçinin daha çox maaş istəməsi isə İsmayılovu əsəbiləşdirib. Buna görə tərəflərin münasibətləri də korlanıb. “Şəfa” daha ucuz qiymətə legioner, Rahilsə onu razı salacaq klub axtarışına çıxıb.

Shares: