MBA-da “Miluoki Baks” və “Mayami Hit” klublarının iştirakı ilə oyunçu mübadiləsi baş tutub. “Miluoki” öz lideri olan yunan oyunçusu Yannis Adetokunbo ilə yanaşı, Bobbi Portisi də “Mayami”yə göndərir.

Bunun müqabilində “Baks” klubu Tayler Hirrou, Kelel Uer, Ceymi Jakkes, Kasparas Yakutsionis, eləcə də draftlardan ibarət aktivlər paketini — üç ədəd birinci raund seçimi (13-cü seçim də daxil olmaqla), pikləri dəyişdirmək hüququ və bir ədəd ikinci raund seçimini əldə edəcək (ESPN).

Bu sövdələşmə artıq liqada böyük əks-səda doğurub. Yannis uzun illər ərzində “Miluoki”nin siması və müasir MBA-nın ən əsas oyunçularından biri hesab olunur.

Shares: