“Kadillak”ın pilotu Serxio Peres artıq gələn mövsüm komandasını dəyişə bilər.

Paddokda gəzən şayiələrə görə, Peres eyni anda Formula 1-in üç komandasının maraq dairəsindədir. Həmin komandalar heyətlərində dəyişiklik baş verəcəyi təqdirdə meksikalı pilotun namizədliyini nəzərdən keçirəcək.

Belə ki, “Vilyams” Peresin keçidində ciddi maraq göstərir. Aleks Albon və ya Karlos Sayns başqa bir kollektivə getmək qərarına gələrsə, Çekonun namizədliyi əsas variant hesab olunur. “Vilyams” Peresin müqaviləsi üçün böyük məbləğdə vəsait xərcləməyə hazırdır.

Həmçinin “Alpin” və “Aston Martin” də Peresin namizədliyinə maraq göstərir. “Aston Martin”də Fernando Alonso cari mövsümdəki uğursuzluqlar fonunda komandanı dəyişmək qərarına gələrsə, Peresi ispan pilotu əvəzləyəcək namizədlərdən biri hesab edirlər. “Alpin”də isə müxtəlif variantlar nəzərdən keçirilir. Əgər komanda Franko Kolapinto ilə əməkdaşlığı dayandırmaq qərarına gələrsə və eyni zamanda Fernando Alonso ilə razılıq əldə edə bilməzsə, Peres heyətdəki boş yer üçün namizədlərdən biri hesab olunacaq.

Shares: