Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, iyunun 24-də növbəti oyunlar keçiriləcək.

L qrupu çərçivəsində İngiltərə Qananı, Panama isə Xorvatiyanı sınağa çəkəcək.

K qrupunun və bütövlükdə ikinci turun sonuncu oyununda Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gələcəklər.

Eyni gündə qrup mərhələsinin sonuncu turuna da start veriləcək. B qrupunda Bosniya və Herseqovina Qətəri, İsveçrə Kanadanı sınağa çəkəcək.

DÇ-2026
24 iyun

L qrupu
00:00. İngiltərə – Qana
03:00. Panama – Xorvatiya

K qrupu
06:00. Kolumbiya – Konqo DR

B qrupu
23:00. Bosniya və Herseqovina – Qətər
23:00. İsveçrə – Kanada

Shares: