Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, matçların hamısı eyni vaxtda oynanılıb.

“Antalyaspor” üzərində əzmkar qələbə qazanan “Qalatasaray” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Okan Burukun komandası ardıcıl dördüncü dəfə qızıl medallara sahib çıxıb. Ümumilikdə isə bu, İstanbul klubunun tarixində 26-cı çempionluqdur.

Səfərdə “Konyaspor”un qonağı olan “Fənərbağça” 3 xalı 3 qolla qazanıb. Bununla da, İstanbul klubu ikinci yeri təmin edib.

Bürünc medallar isə səfərdə “Beşiktaş”a qalib gələn “Trabzonspor”a qismət olub.

“Kayserispor” və “Karagümrük” isə son turun nəticələrindən asılı olmayaraq, Super Liqa ilə vidalaşıblar.

Türkiyə Super Liqası
33-cü tur
9 may

“Alanyaspor” – “Kayserispor” – 3:1

“Başakşəhər” – “Samsunspor” – 3:0

“Beşiktaş” – “Trabzonspor” – 1:2

“Eyüpspor” – “Rizəspor” – 4:0

“Qalatasaray” – “Antalyaspor” – 4:2

“Gənclərbirliyi” – “Kasımpaşa” – 3:2

“Göztəpə” – “Qaziantep” – 2:1

“Kocaelispor” – “Karagümrük” – 0:1

“Konyaspor” – “Fənərbağça” – 0:3

Shares: