Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son oyunu “Neftçi” ilə “Şamaxı” arasında olub. Paytaxt təmsilçisi ev oyununda darmadağına sevinib.

Daha öncə keçirilən “İmişli” – “Zirə” (0:0) və “Qəbələ” – “Qarabağ” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Sabah” “Kəpəz”ə (0:1) uduzub, “Sumqayıt” “Araz-Naxçıvan”a (2:1), “Turan Tovuz” “Karvan-Yevlax”a qalib gəlib.

Misli Premyer Liqası
31-ci tur

10 may

“Neftçi” – “Şamaxı” 3:0
Qollar: Emin Mahmudov, 1. İmad Faraj, 47. Breno Almeyda, 83.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
“Palms Sports Arena”, 19:30.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Shares: