İspaniya La Liqasını tərk edəcək ilk komanda müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Oviedo” yenidən Segundaya yuvarlanıb.
Bu. La Liqanın son turunda keçirilən “Rayo Valyekano” – “Jirona” (1:1) matçından sonra dəqiqləşib. “Oviedo” hazırda 29 xalla 20-ci yerdə qərarlaşıb və 17-ci pillədə olan “Jirona”nı (39 xal) keçmək şansını itirib.
Qeyd edək ki, “Oviedo” ötən mövsüm – 24 ildən sonra La Liqaya qayıtmışdı.





