“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:
“Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oynadıq. Birinci hissədə son zərbələri tamamlamaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin bundan sonra da kombinasiyalı, üstün oyun göstərməkdə davam etdik. İki qol vurduq. Daha çox fərqlənmək imkanımız var idi. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti olmasa da, futbolçular konsentrasiyanı əldən vermədilər. Maraqlı oyun izlədik”.






