Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Asiya Çempionlar Liqasının ikinci divizionunun final matçında Yaponiyanın “Qamba” komandasına 1:0 hesabı ilə uduzub.

Futbolinfo.az xəbər verir ki, matç Ər-Riyadda baş tutub.

Yeganə qolu 30-cu dəqiqədə Dəniz Hümmət vurub.

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo bütün matçı meydanda keçirsə də, komandasının kuboku qazanmasına kömək edə bilməyib.

Klub keçən mövsüm turnirin yüksək divizionunun yarımfinalına çıxsa da, Səudiyyə Ərəbistanı Çempionatından keçə bilməyib.

Shares: