Yığmamızın hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyununa çıxıb.
Sözügedən komanda 14-cü tuda səfərdə “Filadelfiya” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.
Nəriman bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
“Kolumbus Kru” Şərq Konfransında 14 turdan sonra 13 xalla 15 komanda arasında 13-cüdür.






