“Mançester Siti”nin vingeri Antuan Semenyo İngiltərə kubokunun finalında tarixə düşüb.
Futbolinfo.az xəbər verir ki, qanalı futbolçu “Çelsi”yə qarşı keçirilən həlledici görüşdə (1:0) yeganə qolu vuraraq komandasına titul qazandırıb.
Bununla da Semenyo İngiltərə kubokunun finalında fərqlənən ilk qanalı futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, 25 yaşlı hücumçu daha əvvəl 2025/2026 mövsümünün ən yaxşı futbolçusu mükafatına namizədlər siyahısına da daxil edilmişdi.






