“Jirona” baş məşqçisi Miçel Sançeslə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, La Liqanı tərk edən Kataloniya təmsilçisi uğursuz mövsümdən sonra ispaniyalı mütəxəssislə rəsmən vidalaşıb.
Xatırladaq ki, 2021-ci ildən Kataloniya klubunu çalışdırmağa başlayan madridli mütəxəssis “Jirona”nı İspaniya elitasına yüksəltməklə yanaşı, 2023/2024 mövsümündə 3-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanmasına da nail olub.
“Jirona” son mövsümdə 41 xal toplayaraq turnir cədvəlini 19-cu pillədə başa vurub və La Liqa ilə vidalaşıb.





