Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində “Pro Sailing Optimist Cup” beynəlxalq reqatasında mübarizə aparacaq.
Futbolinfo.az xəbər verir ki, komandamız yarışda 5 idmançı ilə təmsil olunacaq.
Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.
Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panayotis Papadakisdir.
Qeyd edək ki, yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayacaqlar.





