Boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi başa çatıb.

Futbolinfo.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 57 komandanın 159 idmançısı qüvvəsini sınayıb.

Şamaxıda 6 gün davam edən turnirdə 18 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.

Komanda hesabında Gəncə komandası 4 qızıl və 2 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Neftçi” İK (2-0-7) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin İdman Klubu (DİN İK, 1-2-0) qapayıb.

Final mərhələsində ən yaxşı boksçu adına Rusif Nəsirli (Sumqayıt-Təhsil) layiq görülüb. Ən yaxşı hakim isə Ruslan Qasımov seçilib.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Shares: