La Liqa klublarından “Elçe” baş məşqçisi Eder Sarabiya ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu haqda İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər idi.

Sarabiya 2024-cü ilin iyun ayından “Elçe”ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında La Liqanın başa çatan mövsümünü 43 xalla 15-ci pillədə tamamlayıb.

“Elçe” La Liqanın turnir cədvəlində 15-ci yeri tutaraq növbəti mövsüm üçün də yüksək liqadakı yerini qoruyub saxlayıb.

Shares: