“Turan Tovuz” futbolçusu Hayderson Hurtado ilə müqavilə yeniləyib.
Futbolinfo.az xəbər verir ki, kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.
2025-ci ildən qərb təmsilçisində çıxış edən Hurtado geridə qalan mövsümdə Misli Premyer Liqasında 32 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.






