“Forbes” jurnalının məlumatına görə, “Mançester Siti”nin futbolçusu Erlinq Haland son 12 ayda dünyanın 25 yaşa qədər idmançıları arasında ən çox qazananıdır. Bu müddət ərzində norveçli hücumçu 80 milyon dollar qazanıb.
Bu məbləğə onun “Mançester Siti” ilə əmək müqaviləsi, reklamları və ictimaiyyət qarşısında çıxışları daxildir.
“Forbes”in 2026-cı ildə 25 yaşa qədər ən çox qazanan 6 idmançısı:
Erlinq Haland (futbol) – 80 milyon dollar
Entoni Edvards (basketbol) – 69 milyon dollar
Karlos Alkaras (tennis) – 61,5 milyon dollar
Vinisius Junior (futbol) – 60 milyon dollar
Keyd Kanningem (basketbol) – 58,6 milyon dollar
Yannik Sinner (tennis) – 54,6 milyon dollar






