2026-cı il Dünya Çempionatının qrup mərhələsinin birinci turunda İran və Yeni Zelandiya arasında keçirilən oyun zamanı iranlı azarkeşlər tribunalarında Minabdakı Şəcərə Təyyibə Qızlar Məktəbinin bombalanması nəticəsində həlak olan 168 nəfərin xatirəsinə pankart açıblar.
Qeyd edək ki, oyun İnqlvuddakı SoFay Stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb. İran millisinin azarkeşləri bu pankartla ABŞ və İsrailin bombalarına etirazlarını nümayiş etdiriblər.
Xatırladaq ki, ölkələr arasında uzun müddət idi ki, münaqişə var idi. Yalnız dünən tərəflər razılığa gəldiklərini elan ediblər.






