“Neftçi” komandasının 2026/2027 mövsümü üçün təlim-məşq toplanışına başlayacağı tarix bəlli olub.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” iyunun 29-da Sloveniyaya yollanacaq.
Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində burada 3 və ya 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Hazırda rəqiblər müəyyənləşməyib.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.






