DÇ-2026-da mübarizə aparan Tunis yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az Tunis Futbol Federasiyasına istinadən xəbər verir ki, komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb.

O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə məğlubiyyətdən (1:5) dərhal sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.

Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

Shares: