ABŞ, Meksika və Kanadada davam edən dünya çempionatın maraqlı məqamları ilə də diqqət çəkir. Bunlardan biri də İran – Yeni Zelandiya matçından da sonra qeydə alınıb.

Yeni Zelandiyanın heyətində Tayler Bindon çıxış edib. Kişilərdən ibarət milli komandanın müdafiəçisi İrana qarşı (2:2) oyunun sonlarında meydana çıxıb.

Ən maraqlısı isə odur ki, bu furtbolçunun anası da vaxtilə dünya çempionatının iştirakçısı olub. Qadınlardan ibarət Yeni Zelandiyanın keçmiş futbolçusu Cenni Bindon milli komandada 77 oyun keçirib. O 2007 və 2011-ci il Dünya Çempionatlarında, eləcə də 2012-ci il Olimpiadasında çıxış edib. Beləliklə də , Bindonlar dünya çempionatlarında oynamış ilk ana-oğul kimi tarixə düşüblər.

Shares: