“Əl-Hilal”ın hücumçusu Darvin Nunyes dünya çempionatından sonra “Liverpul”a qayıda bilər. “Carve Deportiva”nın verdiyi məlumata görə, uruqvaylı hücumçu turnirdən sonra İngiltərə klubuna dönəcək.

Nunyes fevral ayında hücumdakı rəqabət, xüsusilə də Kərim Benzemanın gəlişi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı komandasının heyətindən kənarlaşdırılmışdı.

Mediada yayılan məlumatlara görə, tərəflər artıq qarşılıqlı razılıq əsasında müqaviləni vaxtından əvvəl ləğv etmək barədə ilkin razılığa gəliblər və bu, oyunçunun klubu azad agent kimi tərk etməsinə imkan verib.

26 yaşlı hücumçu 2025/2026 mövsümündə “Əl-Hilal”da 24 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, ötən yay Səudiyyə klubu Nunyesi “Liverpul”dan 53 milyon avroya alıb.

Shares: