UEFA Konfrans Liqasında iştirakını rəsmiləşdirən “Zirə” yeni qapıçı tapıb.
Futbolinfo.az saytının məlumatına görə, Rəşad Sadıqov komandanın sabiq qapıçısı Rəşad Əzizlini düşərgəyə qaytarmaq niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Bununla yanaşı, 32 yaşlı qolkiperin xidmətində “Qəbələ” də maraqlıdır. Hələlik futbolçu yekun qərar verməyib.
Qeyd edək ki, Rəşad Əzizli 2020–2022-ci illərdə “Zirə”nin formasını geyinib. O, ötən mövsümü I Liqa təmsilçisi “Səbail”də keçirib.






