“Oyunçularla son dərəcə fəxr edirəm. Düşünürəm ki, topa sahib olmaqda həqiqətən də çox yaxşı idik və yaxşı müdafiə olunduq”. Bunu Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli İran yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis heç-heçə başa çatan görüşü dəyərləndirib: “Oyunda çoxlu qol imkanları yaratdıq. İki dəfə üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusam. İki əla qol vurduq, bəzi anlar yaşadıq ki, bu da həqiqətən yaxşı idi. Bu gecə tarix yazmaq və Dünya Kubokunda bir oyun qazanmaq şansımız var idi. Biz qalib gəlməyə çox yaxın idik”.
2:2 hesablı heç-heçə ilə başa çatan görüşdən sonra iranlıların baş məşqçisi Əmir Qalenoy da fikirlərini bildirib: “Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-yə daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik”.






