“Misir kimi komandalara boşluq vermək olmaz”.

Futbolinfo.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Rudi Qarsiya Misir yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis heç-heçə başa çatan görüşü dəyərləndirib:

“Dünya çempionatı kimi turnirlərdə keçirilən oyunlar hər zaman çətin olur. Xüsusilə də Afrikanın ən güclü millilərindən birinə qarşı çıxış etdik. Belə rəqiblərə boşluq vermək və onların özünəinam qazanmasına imkan yaratmaq olmaz. Rəqib komanda ilk zərbədən qol vurdu. İkinci hissədə bərabərlik qolunu vurduq, qələbə də qazana bilərdik”.

Qeyd edək ki, Belçika millisi Misirlə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Shares: