“Sabah”ın polşalı futbolçusu Timoteuş Puxaç Azərbaycanda qazandığı kubokları ayağına döymə etdirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçu özü instaqram hesabında paylaşım edib.

Onun ayağındakı döymədə həm ölkə çempionluğu, həm də Azərbaycan kubokunun qalibi kimi qazandıqları kubokları qucaqlayan bayquş yer alıb. Bayquş isə “Sabah” klubunun rəmzidir.

Qeyd edək ki, ötən ilin yayından “Sabah”da çıxış edən Puxaç “Sabah”la həm ölkə çempionu olub, həm kuboku qazanıb.

ce4cdb3e be4d 4a52 acc2 2698d748eef7 - Futbolinfo.az
6636a1de 02f7 40b3 8dae 9441d8513ab9 - Futbolinfo.az
Shares: