Fransa millisinin əfsanəsi, 1998-ci il dünya çempionu Zinəddin Zidanın Seneqalla oyunu tribunadan izləməyəcək. O, Fransa millisinin oyununu fəxri qonaqlarla birlikdə izləməli idi. Lakin Zidan oyuna gələ bilməyəcəyi haqqında məlumat verib.
Madrid “Real”ının keçmiş baş məşqçisinin bu addımının səbəbi oğludur. Həmin gün mundialda Əlcəzair-Argentina oyunu var. Əlcəzair millisinin qapıçısı isə Zinəddinin oğlu Lukadır. Məhz oğlunun oyununu canlı izləmək üçün Zidan Fransa matçına qatıla bilməyəcək.






