Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti qızıl medalını qazanıb.

Futbolinfo.az xəbər verir ki, 35–39 yaş kateqoriyasında çıxış edən idmançı birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır. Kanoeçi iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.

Shares: