Dünya Çempionatının dünən gecə keçirilən bütün oyunları bərabərliklə bitib. İspaniya və Belçikanın qələbə qazanmadığı turun digər iki matçında da maraqlı nəticələr qeydə alınıb.
Səudiyyə Ərəbistanı Uruqvayla görüşdə hesabı fasilə ərəfəsində açıb. Asiyalılar yalnız son dəqiqələrdə qələbəni əldən verib.
İran və Yeni Zelandiya millilərinn duelində isə 4 qol olub. İki dəfə hesabda geri düşən asiyalılar məğlubiyyətdən qaça bilib.
DÇ-2026, Qrup mərhələsi
H qrupu
Səudiyyə Ərəbistanı – Uruqvay 1:1
Qollar: Əl Əmri, 41 – M.Arauxo, 80.
Xal: Uruqvay – 1, Səudiyyə Ərəbistanı – 1, Kabo Verde – 1, İspaniya – 1.
G qrupu
İran – Yeni Zelandiya 2:2
Qollar: R.Rezeyan, 32. M.Mohebi, 64 – E.Cast, 7; 54.
Xal: Yeni Zelandiya – 1, İran – 1, Misir – 1, Belçika – 1.






