Dünya Güləşi Birliyi builki Dünya Çempionatının Bəhreyndən Qazaxıstana keçirilməsi barədə qərar qəbul edib. Bu barədə qurumun saytında məlumat verilib.

“Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq, Dünya Çempionatının Bəhreynin Manama şəhərindən alınması qərarı verilib. Asiyanın digər iki güləş gücü – Qırğızıstan və Qazaxıstan tədbirə ev sahibliyi etmək üçün müraciət edib. Bir səs fərqi ilə Astanaya ev sahibliyi etmək hüququ verilib”, – deyə təşkilatın mətbuat xidməti bəyanatda qeyd edib.

2026-cı il Güləş üzrə Dünya Çempionatı 24 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək.

Shares: