Nikolas Cekson “Çelsi”yə qayıdıb. “Bayern” icarə müqaviləsi bitən hücumçunu heyətdə saxlamaq istəməyib.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı seneqallı yenidən Londondan ayrıla bilər. Çünki o, əsas heyət üzvü olmaq haqda təminat almayacağı halda “Çelsi”də qalmaq niyyətində deyil.
“Zadəganlar”ın yeni baş məşqçisi Xabi Alonso heç kimə vəd verməyəcəyini bildirib. O, Ceksonun da əsas heyətə layiq olduğunu isbatlaması gərəkdiyini söyləyib. Nikolas “Barselona”ya keçəcəyi gözlənilən Joao Pedronun satışının onun yolunu açacağına ümid edir.
2023-cü ildə “Vilyarreal”dan 37 milyon avroya transfer edilən Ceksonun “Çelsi” ilə müqaviləsi 7 ildən sonra bitəcək. Onunla “Milan” və “Yuventus” maraqlanır.






