Azərbaycanın qız basketbolçulardan ibarət U-16, U-18 və U-20 milli komandaları Belarusa yollanıblar.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yığmalar Avropa çempionatı öncəsi hazırlıqlarını bu ölkədə davam etdirəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı 26 may – 4 iyun aralığında baş tutacaq.

Shares: