“Qarabağ” “Srvena Zvezda”ya Şavi Babika transferi üçün heç bir təklif göndərməyib. Bu barədə futbolinfo.az saytına Serbiya klubunun icraçı direktoru Zvezdan Terziç məlumat verib.
O bildirib ki, Azərbaycan klubundan heç bir rəsmi təklif almayıblar.
Qeyd edək ki, Kipr mətbuatının yazdığına görə, “Qarabağ” son mövsümü icarə əsasında “Fatih Karamgümrük” klubunda keçirmiş və müqavilə ilə “Srvena Zvezda”ya məxsus olan hücumçu Şavi Babikanı istəyir.





