AFFA İntizam Komitəsi Misli Premyer Liqası ilə bağlı son qərarlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 33-cü turda qeydə alınan neqativ hallara hüquqi qiymətlər verilib.

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, meydan sahibləri 2500 manat cərimələnib. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə “Qarabağ” 8000 manat xərcə düşüb.

“Neftçi” isə matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəməli olacaq. 65-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu İfenayi Metyu 1 oyun şərti olmaqla 2 matçlıq cəzaya məruz qalıb. “Ağ-qaralar” isə buna görə 1000 manat cərimə ödəyəcək. Metyuya sınaq müddəti olaraq 6 ay təyin edilib.

Shares: