Şotlandiya bankı yeni əskinaslar buraxıb. 20 funtluq əskinasın üzərində Skott Maktiomineyin akrobatik tullanışla vurduğu qol əks etdirilib.
Həmin qolu yarımmüdafiəçi DÇ-nın seçmə mərhələsində Danimarka millisinin qapısına vurub.
Qeyd edək ki, həmin qol şotlandların Dünya Çempionatına vəsiqə qazanmasına kömək edib.
Əskinasların bəziləri auksionda hərraca çıxarılacaq. Oradan gələn gəlir isə Şotlandiyada evsiz insanlara yardım fonduna köçürüləcək.







