“Nottingem Forest” klubunun sahibi Evangelos Marinakis ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin keçmiş köməkçisi Qriqoris Dimitriadis arasında baş verən mübahisənin yeni videosu internetdə yayılıb. Keçmiş məmurun Marinakisin üzünə yumruq vurulduğu anlar kameraya düşüb.
Xatırladaq ki, hadisələr mayın 24-də basketbol üzrə Avroliqa turnirinin finalında “Olimpiakos” ilə “Real” arasındakı görüş zamanı baş verib. Afinada keçirilən oyunda yunanlar rəqibi məğlub edərək Avroliqanın qalibi olublar.
Marinakis matçı tribunadan izləyib. İngiltərə klubunun sahibinin tribunada cırılmış forma ilə şəkli çəkilib.
Münaqişənin başladığı anlar kameraya düşüb. Marinakis əvvəlcə Dimitriadisə müraciət edib, sonra isə üzünə yumruq vurub. Dimitriadis cavab olaraq əli ilə Marinakisin köynəyindən tutub.
“Yanından keçirdim və onun üz ifadələrini dəyişdiyini gördüm. Ona dedim ki, “Səncə, çox uzağa getmirsən? Bütün bunların hara apardığını başa düşmürsən”. Sonra Dimitriadis mənin tərəfə tüpürdü. Mən onun üzünə vurdum və bundan sonra o, köynəyimi cırdı”, – deyə Marinakis açıqlama verib.






