Argentinada mövsümün əvvəlində çempionluğa iddialı hesab edilməyən “Belqrano” sensasiya etməyi bacarıb. Sözügedən komanda həlledici oyunda “River Pleyt”i 3:2 hesabı ilə məğlub edərək baş mükafata sahib çıxıb.
1905-ci ildə qurulan klub tarixində ilk dəfə titul qazanıb. Baxmayaraq ki, “Belqrano” cəmi beş il əvvəl ikinci liqada oynayırdı.
Komandaya 1990-cı illərin ortalarından bəri Argentinada məşqçilik edən Polşa əsilli, 66 yaşlı mütəxəssis Rikardo Zelinski rəhbərlik edir.






