“Milan”ın baş məşqçisi Massimiliano Alleqri vəzifəsindən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin istefasına “Milan”ın 2025/2026 mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub.

Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

58 yaşlı Alleqri 2025-ci ilin may ayında “Milan”ın baş məşqçisi vəzifəsinə təyin olunub.

Shares: