Bolqarıstan çempionatında mövsümün sonuncu – 36-cı turunun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” son turda “Çerno More”nin qonağı olub.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov matça start heyətində çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra “Arda” mövsümü 54 xalla 6-cı pillədə başa vurub.

Shares: