“Neftçi” və özüm üçün ən yaxşısını arzulayıram. Gələcəkdə nəyin necə olacağını bilmirəm. Hazırda klubla müqaviləm davam edir”. Bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin seneqallı futbolçusu Mustafa Sek deyib.

30 yaşlı müdafiəçi klubdan ayrılacağı ilə bağlı iddialara cavabında rəhbərliklə bu barədə hər hansı danışığının olmadığını bildirib.

Sek komandasının UEFA Konfrans Liqasına vəsiqə qazanması barədə də fikirlərini bölüşüb: “İndi istirahətdəyik. Bundan sonra Konfrans Liqasına hazırlaşacağıq. Bu turnir həm bizim, həm də “Neftçi” üçün böyük şansdır. Əsas diqqətimizi Konfrans Liqasına yönəldirik. Qısa istirahətdən sonra qaldığımız yerdən davam edəcəyik. Mövsümü yaxşı başa vurduq. Baş məşqçimizin yetərincə təcrübəsi var və bizə lazımı tapşırıqları verir. Biz də əlimizdən gəldiyi qədər onları düzgün yerinə yetirməyə çalışcağaıq. İnanıram ki, daha yaxşı nəticələr qazana bilərik. Məqsədimiz Konfrans Liqasının qrup mərhələsinə yüksəlməkdir”.

Qeyd edək ki, 2024-cü ildən “Neftçi”də çıxış edən Mustafa Sekin paytaxt klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Shares: