Ederson onunla maraqlanan bütün klublarla danışıqları dayandırıb. 26 yaşlı braziliyalının yeganə hədəfi “Mançester Yunayted”də oynamaqdır. Bu səbəbdən o, yalnız ingilislərlə təması saxlayır.
Futbolinfo.az xəbər verir ki, “Atalanta” yarımmüdafəçini satmağın əleyhinə deyil. Berqamolular Braziliya yığmasının üzvünü düşərgədə saxlamağı çətin olacağını bildiyindən bütün təkliflərə açıq olduqlarını elan edib.
Oyunçu özü şəxsi müqaviləylə bağlı problem çıxartmır. İndi əsas olan klubların anlaşmasıdır. İtaliya klubu 4 il öncə “Salernitana”dan 23 milyon avroya aldığı oyunçu üçün bunun iki mislini istəyir. Mançesterlilər isə gələn yay anlaşması bitəcək Ederson üçün yalnız 40 milyon avro təklif edir. Tərəflərin ortaq məxrəcə gələcəyi gözlənilir.






