15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-15) baş məşqçisi Gülənbər Qasımova ilə yollar ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mütəxəssisin müqaviləsinə 1 iyun 2026-cı il tarixindən etibarən qarşılıqlı razılıq əsasında xitam verilib.
O, U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.






